Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “Putin nə etsə də, Paşinyan hər dəfə onun qarşısına ciddi arqumentlə çıxır” - VİDEO

09.06.2026 16:00

Aygün Muradxanlı: “Putin nə etsə də, Paşinyan hər dəfə onun qarşısına ciddi arqumentlə çıxır” - VİDEO
“Paşinyan Ermənistanda keçirilən parlament seçkilərində Rusiyadan edilən bütün pozuculuq həmlələrinin qarşısını çox ustalıqla aldı”.

Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” proqramında deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan hələ seçki kampaniyasında rəqiblərinin üzərinə çox açıq şəkildə gedib.

“Yəni, Putin nə etsə də, Paşinyan mütləq qaydada onun qarşısına ciddi arqumentlə çıxır. Bu da təbii ki, bir komandanın, Rusiyanı çox yaxşı, içdən tanıyan, Putinin addımlarını, bütün riskləri hesablaya bilən bir qurumun işidir”, – deyə o vurğulayıb.

Bəs bu qurum haradan idarə olunur?

Bu və digər sualları hüquqşünas, siyasətçi Əli Mustafa “Qırmızı masa”da cavablandırıb:

 

 

Paylaş: