
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Putin və Paşinyan 29 mayda Astanada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasının nəticələrini müzakirə edib.
Eyni zamanda, Putin Ermənistan liderini doğum günü münasibətilə təbrik edib.
Qeyd edək ki, mayın 29-da Astanada keçirilən Avrasiya İqtisadi İttifaqı Ali Şurasının iclasında Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan prezidentləri Ermənistanın Aİİ-dəki vəziyyəti ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda Ermənistan hakimiyyətinə Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim məsələsi üzrə mümkün qədər tez referendum keçirmək çağırışı edilib.