Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezident Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin üçtərəfli görüşü olub.
Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında görüş olub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası “X” sosial media hesabında məlumat yayıb. Qeyd edək ki, hər iki ölkənin lideri Prezident İlham Əliyevlə birgə Zəfərin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda iştirak ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirilən Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paraddan özünün “X” platformasında paylaşım edib. Primeinfo.az paylaşımı təqdim edir: Karabağ’ın azatlığa kavuşması sadece Azerbaycan değil, Türk dünyası için de büyük bir gurur vesilesidir. Azerbaycan ordusunun Karabağ toprağında attığı her adım, istiklal ve izzet uğruna dökülen her damla kan, Türk dünyası adına birer şeref nişanesi olarak ortak tarihimize altın…
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif noyabrın 8-də birgə nahar ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər. Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirildi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsinin beşinci ildönümünə həsr olunmuş Bakıda keçirilən hərbi paraddan görüntülər paylaşıb. Primeinfo.az-ın məlumatına görə, fotolar Türkiyə liderinin administrasiyasının “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib. “Qarabağda qazanılan qələbəni Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndiririk”, – Türkiyə Prezidentinin bu gün hərbi paradda söylədiyi sözlərdən sitat gətirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 9 Noyabr – Bayraq Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, o, bunu noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib.
“30 illik işğala son qoyan Azərbaycan Silahlı Qüvvələrini bir daha təbrik edirəm”.
Zəfər günümüzün beşinci ildönümündə sizinlə birlikdə olmaqdan şadam.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycan xalqına və ordusuna öz dəstəyini göstərib.