Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Rəcəb Tayyib Ərdoğan

Ərdoğan: "Avropa ölkələri daha çox məsuliyyət götürməlidir"

Ərdoğan: "Avropa ölkələri daha çox məsuliyyət götürməlidir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, NATO-ya üzv Avropa ölkələri alyans çərçivəsində daha çox məsuliyyət daşımalıdır. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Ankara şəhərində Polşa Prezidenti Karol Navrotski ilə keçirdiyi görüşdən sonra bildirib. Türkiyə lideri qeyd edib ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində əsas prioritetlərdən biri alyansın Avropa sütununun və çəkindirmə potensialının gücləndirilməsi olacaq.

Meloni Ərdoğana siqareti tərgitdiyini bildirib – VİDEO

Meloni Ərdoğana siqareti tərgitdiyini bildirib – VİDEO

İtaliyanın Baş naziri Corcia Meloni Fransada keçirilən G7 sammiti çərçivəsində qeyri-rəsmi söhbət zamanı bir aydır siqareti tərgitdiyini bildirib. Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, sözügedən anın görüntülərini “Euronews” yayımlayıb. Belə ki, fasilə zamanı Almaniya kansleri Fridrix Merz Meloniyə siqaretlə bağlı sual ünvanlayıb. 

Ərdoğanın ABŞ-İran razılaşmasına REAKSİYASI

Ərdoğanın ABŞ-İran razılaşmasına REAKSİYASI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında sülh sazişinin imzalanmasına dair əldə edilən razılaşmaya münasibət bildirib. Primeinfo.az xəbər verir ki, Ərdoğan sosial media hesabında etdiyi paylaşımda bildirib: “ABŞ və İran arasında əldə edilən razılaşmanı bölgəmizdə sülh və əmin-amanlığın təmin olunması baxımından mühüm bir inkişaf kimi görür və məmnuniyyətlə qarşılayıram. Bütün dünyanın uzun müddətdir ehtiyac duyduğu bu xəbərin bölgəmizdə daimi sülh və təhlükəsizlik mühitinin formalaşmasına vəsilə olmasını ürəkdən arzulayıram”.

Ərdoğan: "İsrailin hücumları Türkiyəni təhdid edir"

Ərdoğan: "İsrailin hücumları Türkiyəni təhdid edir"

İsrailin Livan və Suriyaya hücumları Türkiyəni təhdid edir. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup iclasında bildirib. Ərdoğan İsrailin hücumlarının bütün dünya üçün təhlükə yaratdığını və dayandırılmalı olduğunu qeyd edib.

Ərdoğandan Yunanıstan və Cənubi Kiprə XƏBƏRDARLIQ

Ərdoğandan Yunanıstan və Cənubi Kiprə XƏBƏRDARLIQ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan və Cənubi Kipr Rum Administrasiyasına xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, partiyasının qrup iclasında çıxış edən Ərdoğan Yunanıstan və Cənubi Kiprin İsraillə birlikdə Şərqi Aralıq dənizində ittifaq içərisində olmalarına diqqət çəkib. Türkiyə Prezidenti onlara bölgədə “macəra axtarmamaları” ilə bağlı xəbərdarlıq edib.

Ərdoğan müvəqqəti prezidentlə görüşdü

Ərdoğan müvəqqəti prezidentlə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqesi qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Görüşün müzakirə mövzuları barədə hələ məlumat verilməsə də, iştirakçılar açıqlanıb.