Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bunu deyən Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ölkələrin adlarını açıqlamayıb. “Daha əvvəl Misir və Banqladeşlə yanaşı, Suriya, Qətər, Küveyt və Bəhreynin də ittifaqa qoşula biləcəyi gündəmə gəlib.
Türkiyənin Şanlıurfa şəhərində Azərbaycan Bulvarı istifadəyə verilib.
Əminəm ki, dostlarımız nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli ölkə olacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial media hesablarında Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə təbrik mesajı yayılıb.
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Fatma Betül Sayan Kaya partiyadakı vəzifəsindən istefa verib. Primeinfo.az xəbər verir ki, Bloomberg-in yazdığına görə, Kaya müxalifətin onun və həyat yoldaşının birja əməliyyatları ilə bağlı irəli sürdüyü iddialar fonunda vəzifəsindən ayrılıb. Daha əvvəl ailə və sosial siyasətlər naziri vəzifəsini tutmuş Kaya şənbə günü gecə Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğandan partiyadakı vəzifəsindən azad edilməsini xahiş etdiyini açıqlayıb.
Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 26 sentyabr – Türk Dil Bayramı münasibətilə paylaşım edib.
“Bu razılaşmanı İrana, İsrailə və ya hər hansı üçüncü ölkəyə qarşı yaradılmış ittifaq kimi qiymətləndirmək doğru deyil”. Primeinfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu ABŞ-də yayımlanan “Newsweek” jurnalına müsahibəsində deyib. Ərdoğan “Məkkə Birgə Müdafiə Sazişi”nin hər hansı ölkəyə qarşı yaradılmış ittifaq olmadığını bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla F-35 məsələsini NATO çərçivəsində müzakirə etdiklərini bildirib. Primeinfo.az xəbər verir ki, Ərdoğan bu barədə Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən danışıb. O bildirib ki, Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı artıq konkret addımlar atılmalıdır.