Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Rəcəb Tayyib Ərdoğan

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, Türkiyə lideri 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda keçiriləcək mərasimdə iştirak edəcək.

Ərdoğan CHP liderini məhkəməyə verdi - təzminat istəyir

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özeli məhkəməyə verib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın sosial media hesabında açıqlama verib. O qeyd edib ki, Ərdoğan müxalifət liderindən 500 min lirə (təxminən, 20 183 manat) təzminat istəyir: “Özel dünən keçirilən mitinqdə Rəcəb Tayyib Ərdoğanı hədəfə alıb və əsassız ittihamlar səsləndirib.

Ərdoğan: "Növbəti 6 ildə 250 "Altay" tankı inventara daxil olacaq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirilən çıxışında bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə əlavə 250 ədəd yerli istehsal “Altay” tankının verilməsi planlaşdırılır. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib. Prezident Ərdoğan qeyd edib ki, artıq yerli döyüş tankının ilk partiyası ordunun istifadəsinə təqdim olunub: “Biz növbəti altı il ərzində daha 250 “Altay” tankının Silahlı Qüvvələrin inventarına daxil edilməsini hədəf kimi müəyyən etmişik”.

İrəvan sammiti: Ərdoğan iştirak edəcəkmi? 

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn ilin may ayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirakı ilə bağlı hələ konkret məlumat yoxdur.  Primeinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyənin Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.  Bu barədə qərarın sammitin tarixinə yaxın zamanda veriləcəyi gözlənilir.  

Ərdoğan: “Atatürk Beynəlxalq Sülh Mükafatını Quterreşə verəcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci il Atatürk Beynəlxalq Sülh Mükafatını BMT-nin Baş katibi Antonio Quterreşə təqdim edəcəyini açıqlayıb. Primeinfo.az xəbər verir ki, Ərdoğan bunu Ankarada Cumhuriyyətin 102-ci il dönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.  “Atatürk Beynəlxalq Sülh Mükafatımızı Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşə təqdim edəcəyik.

Bilal Ərdoğan: Zəngəzur dəhlizinin açılmasını həyəcanla gözləyirəm

Zəngəzur dəhlizinin açılmasını həyəcanla gözləyirəm. Primeinfo.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan deyib. “Könül istərdi ki, kommunikasiyalar daha əlçatan olsun.

Ərdoğanın oğlu Azərbaycandadır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Azərbaycanda səfərdədir.  Primeinfo.az xəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə keçirilən qəbulda iştirak üçün Bakıya bu gün gəlib.  Gülüstan Sarayında keçirilən rəsmi qəbulda jurnalistlərə açıqlama verən B.Ərdoğan Türkiyə Prezidentinin salamlarını gətirdiyini və bugünkü tədbirdə iştirakdan sonra Türkiyəyə qayıdacağını vurğulayıb.