Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan CHP liderini məhkəməyə verdi - təzminat istəyir

06.11.2025 18:29

 

Ərdoğan CHP liderini məhkəməyə verdi - təzminat istəyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özeli məhkəməyə verib.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın sosial media hesabında açıqlama verib.

O qeyd edib ki, Ərdoğan müxalifət liderindən 500 min lirə (təxminən, 20 183 manat) təzminat istəyir:

“Özel dünən keçirilən mitinqdə Rəcəb Tayyib Ərdoğanı hədəfə alıb və əsassız ittihamlar səsləndirib. Bu səbəbdən Türkiyə Prezidenti mənəvi təzminat iddiası ilə Ankara Baş Prokurorluğuna şikayət edib”.

 

Paylaş: