Türkiyə Rusiya-Ukrayna müharibəsinin Qara Dənizi təhdid etməsinə icazə verməyəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının İclasından sonra paylaşılan bəyanatda qeyd olunub. İclasda Rusiya–Ukrayna müharibəsinin gedişi müzakirə olunub və hücumların Qara dənizə yayılmasına və enerji təhlükəsizliyini təhdid edən bir vəziyyətə çevrilməsinə heç bir halda yol verilməyəcəyi vurğulanaraq, bütün tərəflərə təmkinli davranmaq çağırışı edilib.
Məlumata görə, nazir müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüş keçirib. Primeinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər arasında Rusiya və Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin sədri Alen Simonyanı emosional siyasətçi adlandırıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Zaxarovanın bugünkü brifinqində erməni jurnalist Rusiya XİN rəsmisindən Simonyanın “Rusiya qazın qiymətini qaldırsa, Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqından çıxacaq” bəyanatına münasibət bildirməsini istəyib. Zaxarova ciddi şəkildə emosional siyasətçilərin bəyanatlarını şərh etmək istəmədiyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan XİN-nin açıqlaması ilə bağlı suala cavab olaraq bildirib ki, Moskva öz cavabını diplomatik kanallar vasitəsilə Bakıya çatdıracaq. Primeinfo.az yerli KİV-ə istinadən xəbər verir ki, Zaxarova bu barədə suala bir müddət əvvəl Azərbaycan tərəfinin Paşinyan-Putin görüşündə Qarabağ məsələsinin müzakirəsi ilə bağlı Rusiyaya etirazını bildirməsinə görə münasibət bildirib. Bu arada, Zaxarova xatırladıb ki, Rusiya və onun lideri Putin münaqişənin həllində əsas rol oynayıblar.
“Kim istisna edə bilər ki, bu gün Hörmüz boğazında Rusiyanın sualtı qayığı yoxdur? Mən bunu əvvəl də demişəm ki, var. Ola bilər ki, bir qədər kənardadır, döyüş əməliyyatlarından qıraqdadır.
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla münasibətlərində çox diqqətli olmalıdır. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Lukaşenko bu haqda KTMT-nin baş katibi Taatbek Masadıkovla görüşündə bildirib. “Ermənistanla münasibətlərimizdə daha nəzakətli və diqqətli olmalıyıq.
“İranın yeni Ali Lideri Müctəba Xamneyinin Rusiyaya getməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir, aldığı yaralar isə onun işinə mane olmur”. Primeinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” diplomatik mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, İranın yeni Ali Lideri Rusiyada “hətta bir neçə saat belə” olmayıb.
Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinin mərkəzinə pilotsuz uçuş aparatları ilə zərbəsi nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb. Məlumata görə, şəhərin Şevçenkovski rayonun mərkəzi küçələrinin birinə dronun düşməsi nəticəsində bir neçə avtomobil yanıb, iki tibb müəssisəsinə ziyan dəyib.
Rusiyadan İrana göndərilən növbəti humanitar yardımı daşıyan yük maşınları bu gün saat 12:10-də “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən keçərək qonşu ölkəyə yola salınıb.
Sabah Bakıdakı “Abşeron” dəmiryolu stansiyasına çatdırılacaq Rusiyanın Fövqəladə Hallar Nazirliyinin humanitar yardımı İran tərəfinə təhvil veriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Məlumata görə, yardım 300 tondan çox dərman vasitələrindən ibarətdir.