Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Rusiya

Estoniyadan Rusiyaya İTTİHAM

Estoniyadan Rusiyaya İTTİHAM

Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti “Milrem Robotics”in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Estoniyanın milli ictimai yayımçısı – ERR məlumat yayıb. Estoniya Təhlükəsizlik Polisinin qənaətinə əsasən, bu, Rusiyanın Avropada müttəfiqləri qorxutmağa və Ukraynaya dəstəyi zəiflətməyə yönəlmiş daha geniş kampaniyasının bir hissəsidir.

Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə Almaniyanın xarici işlər naziri ilə görüşüb -YENİLƏNİB

Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə Almaniyanın xarici işlər naziri ilə görüşüb -YENİLƏNİB

Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın xarici işlər naziri İohann Vadeful ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda keçirilib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, görüş Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.

Moskvadakı universitetlər bomba xəbərdarlığına görə təxliyə olunur

Moskvadakı universitetlər bomba xəbərdarlığına görə təxliyə olunur

Rusiya paytaxtında yerləşən Teatr Sənəti İnstitutunda (GİTİS) təxliyə həyata keçirilir. Primeinfo.az xəbər verir ki, bu barədə TASS-a universitetin mətbuat xidmətindən məlumat verilib. “Hazırda təhsil müəssisəsində tələbə və əməkdaşların təxliyəsi həyata keçirilir”, – universitetin nümayəndəsi bildirib.

Rusiyada ticarət kompleksində YANĞIN - 4 nəfər ölüb

Rusiyada ticarət kompleksində YANĞIN - 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən “Solneçnıy” ticarət-servis kompleksində baş verən yanğın nəticəsində azı 4 nəfər ölüb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, yanğın dördmərtəbəli binanın ikinci mərtəbəsində başlayıb.

Rusiya Tokiodan Amerika raket komplekslərinin çıxarılmasını tələb edib

Rusiya Tokiodan Amerika raket komplekslərinin çıxarılmasını tələb edib

Moskva Kyuşu adasında Amerika “Typhon” raket sistemlərinin yerləşdirilməsi ilə bağlı Tokioya etiraz notası göndərib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, rəsmi Moskva etiraz notasında raket sistemlərinin Yaponiya ərazisindən çıxarılmasını tələb edib.

Moskva Londonu HƏDƏLƏYİB

Moskva Londonu HƏDƏLƏYİB

Rusiya Böyük Britaniyanı siyasətdə eskalasiya xəttindən imtina etməyə çağırıb və özünümüdafiə hüququ çərçivəsində zəruri cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib. O bildirib ki, Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə etdiyi Britaniyaya məxsus hərbi obyektlər Moskva tərəfindən qanuni hədəf hesab edilə bilər.

Polşada Rusiyaya məxsus olduğu ehtimal edilən PUA tapılıb

Polşada Rusiyaya məxsus olduğu ehtimal edilən PUA tapılıb

Polşa hərbçiləri ölkənin şimalında, Baltik dənizi sahilində Rusiyaya məxsus olduğu ehtimal edilən hərbi pilotsuz uçuş aparatı (PUA) tapıblar. Primeinfo.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış “X” hesabında yazıb. Onun sözlərinə görə, PUA Yaroslavets şəhəri yaxınlığındakı Rusinovo qəsəbəsinin çimərlik ərazisində aşkar edilib.