Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: rusiya

Rusiyada zəlzələ oldu

Rusiyanın Kamçatka bölgəsində güclü zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. 6,4 bal gücündə zəlzələnin Kamçatka sahillərində qeydə alındığı bildirilir.

Rusiyanın bu aeroportu satışa çıxarılacaq

Rusiyanın Domodedovo hava limanı yenidən hərraca çıxarılacaq. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, təkrar hərrac yanvarın 29-da baş tutacaq və potensial alıcıların ərizəsinin qəbuluna artıq sabahdan (22 yanvar) başlanacaq. Xatırladaq ki, yanvarın 20-də Moskvanın Domodedovo aeroportunun satışı üzrə nəzərdə tutulan hərrac baş tutmayıb, belə ki, yeganə namizəd hərrac sessiyasına buraxılmayıb.

“Duqin nə vaxtdan Putinin ideoloqu olub?” – RƏY – VİDEO

Rusiya postsovet ölkələrinin suverenliyi və müstəqilliyi ilə heç cür barışa bilmir. Ukrayna ilə apardığı müharibə fonunda təhdid siyasəti getdikcə daha qabarıq forma alır. Bu dəfə Rusiyalı politoloq Aleksandr Duqin Azərbaycanı separatizmlə hədələyib.

Azərbaycan Rusiyadan elektrik enerjisi alışını artırıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Rusiyaya təqribən 98,2 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Primeinfo.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 4,2 milyon ABŞ dolları olub. Rusiyaya elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 55,4 milyon kVt/saat və ya 1,6 dəfə, dəyər ifadəsi ilə 3,8 milyon ABŞ dolları, yaxud 1,9 dəfə azalıb.

Beynəlxalq axtarışa verilmiş 3 nəfər Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs ölkəmizə ekstradisiya edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ruad Yaşar oğlu, Əsgərov Xəyal Rasim oğlu və Əyyubov Zaur Əyyub oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri müvafiq olaraq Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının Baş Prokurorluqları tərəfindən təmin edilmişdir.

İtaliya Rusiyanın “kölgə donanması”na aid gəmini SAXLADI

İtaliya hüquq-mühafizə orqanları Rusiyanın sanksiyalar altındakı “kölgə donanması”na aid olduğu bildirilən bir yük gəmisini saxlayıb. Primeinfo.az xəbər verir ki, gəmi Novorossiysk limanından yüklənmiş 33 min ton dəmir daşıyıb. İtaliya qurumlarının açıqlamasında qeyd olunur ki, sözügedən gəmi 2025-ci il noyabrın 13-dən 16-dək Novorossiysk limanında olub.