Ötən gecə Moskva və Moskva vilayətinə Ukraynanın pilotsuz uçuş aparatlarının kütləvi hücumu baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib. Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri paytaxta yaxınlaşan 32 Ukrayna PUA-sını vurub.
Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 8-10 dekabr tarixlərində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovla məsləhətləşmələr aparıb və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib.
Moskva istiqamətində hərəkət edən pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Primeinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin bildirib. “Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Moskva istiqamətində uçan PUA məhv edilib.
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto Moskvaya səfərə gedib. Primeinfo.az xəbər verir ki, səfərdə məqsəd iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak etməkdir. Diplomatı Macarıstan iş adamlarından ibarət nümayəndə heyətinin müşayiət edir.
Rusiya Ordusu Xarkov vilayətində yerləşən Peçenej su anbarının bəndinə zərbə endirib, zədələnən bənd üzərindən avtomobillərin hərəkəti tamamilə dayandırılıb. Primeinfo.az-ın xəbərinə görə, bu barədə Peçenej qəsəbə şurasının rəhbəri Aleksandr Qusarov “Telegram”-da paylaşım edib. Qeyd edilib ki, bu gündən etibarən Peçenej bəndi üzərindən nəqliyyatın hərəkəti mümkün deyil.
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 77 PUA vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Saratovda 42, Rostovda 12, Krımda 10, Volqoqradda 9, Belqorodda 2, Həştərxan və Qara dəniz suları üzərində isə 1 PUA zərərsizləşdirilib.
G7 ölkələri və Avropa İttifaqı (Aİ) Rusiyadan dəniz yolu ilə neft daşımalarına tam qadağa tətbiqinin mümkünlüyünü nəzərdən keçirir. Primeinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb. Hazırda Rusiyadan çıxarılan neftin üçdə birindən çoxu Qərb tankerləri vasitəsi ilə əsasən Hindistan və Çinə daşınır.
Rusiyanın Kamçatka diyarında 5 bal gücündə zəlzələ qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının telegram kanalında məlumat verilib. Məlumata görə, zəlzələ Petropavlovsk-Kamçatskidən 179 km aralıda baş verib.
Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi siyasət, təhlükəsizlik, iqtisadiyyat və digər sahələrdə ikitərəfli əməkdaşlıq üzrə genişmiqyaslı planları əks etdirən birgə bəyanat qəbul ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Modi sənəd imzalama mərasimində bildirib ki, RF və Hindistan iqtisadi əməkdaşlıq proqramını 2030-cu ilə qədər tamamlamağa razılaşıb.