“Qərb Ukraynanı NATO-ya qəbul etməyəcək”. Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin “Qırmızı masa” verilişində ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib. Ekspertin sözlərinə görə, bu mövzu Rusiyaya qarşı diplomatik manevr kimi istifadə edilə bilər: “Qərb deyə bilər ki, Ukraynanı NATO-ya qəbul etmirik.
Avropa Ukrayna üzrə sülh planına Rusiya üçün qəbuledilməz təkliflər irəli sürür.
“Bu gün Qara dənizdə Türkiyənin gücü Rusiyadan qat-qat artıqdır”.
Ermənistan hökumətinin dərc etdiyi sənədlər nəyi üzə çıxarır?
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş təxminən beş saatdan sonra başlayacaq. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Vladimir Putin və Stiv Uitkoff Vaşinqtonla Kiyev arasında razılaşma ilə bağlı əldə edilən anlaşmaları müzakirə edəcəklər.
Gürcüstana yağ daşıyan Rusiya tankeri Türkiyə sahilləri yaxınlığında hücuma məruz qalıb Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan MIDVOLGA-2 adlı Rusiya tankeri Türkiyənin Qara dəniz sahillərindən 80 mil məsafədə hücuma məruz qalıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri bu ölkənin nəqliyyat və infrastruktur nazirliyinə istinadən məlumat yayıb. 13 nəfərlik ekipajdan ibarət gəmi kömək istəməyib.
Azərbaycan güləşçiləri Rusiyada keçirilən 2 ənənəvi yarışda 6 medal qazanıblar. Primeinfo.az xəbər verir ki, Vladiqafqazda 2 qat olimpiya çempionu Soslan Andiyevin xatirə turnirində təmsilçimiz Maqomedxan Maqomedov ilk dəfə özünü 125 kq-da sınayıb. Onun yeni çəkidəki debütü uğurlu alınıb və bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Rusiyanın Yekaterinburq şəhərində polis və xüsusi təyinatlı qüvvələr azərbaycanlı Vidadi Mustafayevi saxlayıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, o, torpaq sahəsinin satışında fırıldaqçılıqda şübhəli bilinir.
Rusiya Prezidenti Vladimir Putin gələn həftənin birinci yarısında ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edəcək. Primeinfo.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, dəqiq tarix Kreml tərəfindən açıqlanacaq.
Rusiyanın Orenburq vilayətinin Yasnı şəhərində Strateji Raket Qoşunlarının bazası yaxınlığında partlayış baş verib. Primeinfo.az bu barədə yerli KİV-ə istinadən xəbər verir. İxtisaslaşmış resursların məlumatına görə, bir neçə saat əvvəl Strateji Raket Qoşunlarının poliqonundan raket buraxılışı həyata keçirilib, lakin uğursuz olub.