Zaxarova: "Növbəti "3+3" görüşü ya Bakıda, ya da İrəvanda keçirilməlidir"
Rusiyanın Azərbaycanın və Ermənistanın münasibətlərinin normallaşdırılması prosesində mövqeyi dəyişməyib.
Rusiyanın Azərbaycanın və Ermənistanın münasibətlərinin normallaşdırılması prosesində mövqeyi dəyişməyib.
Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkə ərazisi üzərində ümumilikdə 65 Ukrayna pilotsuz uçuş aparatını məhv edib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, gecə ərzində hava hücumundan müdafiə sistemləri ümumilikdə 65 Ukrayna PUA-sını vurub.
Böyük Britaniya üç Rusiya şirkəti və dörd fiziki şəxsi sanksiyalar siyahısına əlavə edib. Primeinfo.az xəbər verir ki, bu haqda Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb. Sənədə əsasən, bəndlərdən altısı kiberlə bağlı fəaliyyətlər üçün məhdudlaşdırıcı tədbirlər siyahısında, biri isə Rusiyaya qarşı ümumi sanksiyalar siyahısındadır.
Ukrayna Ali Radası ədliyyə naziri Herman Qaluşçenkonu vəzifəsindən azad edib. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. H.Qaluşçenkonun vəzifəsindən azad edilməsi üçün 323 deputat səs verib.
Litva Rusiyaya yeni etiraz notası göndərərək Ukraynaya növbəti hücumları pisləyib və Azərbaycanın Kiyevdəki səfirliyinin zədələnməsini qeyd edib. Primeinfo.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Notada qeyd edilir ki, Rusiyanın noyabrın 14-də endirdiyi zərbə Azərbaycanın Kiyevdəki səfirliyinə böyük ziyan vurub – Vilnüs bu hadisəni Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirir.
“Türkiyə gəmisinə edilən hücum və Azərbaycan səfirliyinin hədəf alınması arasında əlaqə var və bu hadisələr təsadüfi deyil”. Primeinfo.az xəbər verir ki, bunu ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində deyib. O, bu hücumların regiondakı geosiyasi proseslərlə bağlı olduğunu bildirib.
Rusiya 19 noyabrda İstanbulda Ukrayna ilə danışıqlarda iştirak etməyəcək. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, əgər Stiv Uitkoff və ya Ankara nümayəndələri Zelenski ilə danışıqlarının nəticələri barədə Rusiyanı məlumatlandırmaq istəsələr, Putin söhbətə açıqdır.
Bu gecə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya sui-qəsd cəhdi olub.
Rusiya müharibənin 1363-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 97 097 PUA-sı, 636 zenit-raket kompleksi, 26 071 tank və digər zirehli texnikası, 1 613 reaktiv yaylım atəş sistemi, 31 363 artilleriya və minaatanı, 46 914 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.
Rumıniyada Ukrayna ilə sərhəddə yerləşən yaşayış məntəqəsindən sakinlərin təxliyəsinə başlanılıb. Buna səbəb Rusiya tərəfindən Odessa vilayətinin cənubuna endirilən dron hücumu nəticəsində sıxılmış qaz daşıyan Türkiyə gəmisində baş verən yanğın olub. Primeinfo.az-ın məlumatına görə, “Euronews” yazır ki, hadisə Ukrayna sərhədi yaxınlığında yerləşən Plauru qəsəbəsində baş verrib.