Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov və iqtisadçı Sergey Quryev terrorçu və ekstremist siyahısına əlavə edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, “Rosfinmonitorinq”in siyahısına “Novaya Gazeta Europa”nın baş redaktoru Kirill Martınov da daxil edilib.
Çin Dövlət Şurasının Baş naziri Li Cianq Rusiyaya səfər edib. Primeinfo.az xəbər verir ki, Cinaq Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Hökumət Başçıları Şurasının 24-cü iclasında iştirak etmək üçün bazar ertəsi Moskvaya gəlib. Li Cianqın Rusiyanın Baş naziri Mixail Mişustinin dəvəti ilə Rusiyaya səfər etdiyi, onun noyabrın 18-dək Rusiyada qalacağı bildirilib.
Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçı arasında telefon danışığı olub. Primeinfo.az Rusiya XİN-ə istinadən xəbər verir ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub. Xarici işlər nazirləri Əfqanıstan-Pakistan gərginliyinin siyasi və diplomatik vasitələrlə həllinə kömək etmək daxil olmaqla, regional məsələlər üzrə fəal fikir mübadiləsini davam etdirdilər.
Rusiya Belçikanın xarici işlər naziri Maksim Prevonun Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ziyanın Rusiya ordusu tərəfindən vurulması ilə bağlı açıqlamasını təkzib edib. Primeinfo.az Musavat.com-a istinadla xəbər verir ki, “Kommersant”ın xəbərinə görə, Rusiyanın Belçikadakı səfirliyi bu ittihamları “əsassız və tələsik verilmiş” adlandırıb. Rusiya səfirliyinin açıqlamasında iddia olunur ki, Azərbaycan səfirliyinə dəymiş ziyan ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan raketlərin qalıqları səbəbindən yarana bilər.
Rusiya ordusu Zaporojye vilayətinin Malaya Tokmaçka və Rovnopolye yaşayış məntəqələrini işğal edib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
“Rusiya–Ukrayna müharibəsi bitməyə ən yaxın nöqtədədir”.
Rusiyanın Samara və Penza hava limanlarında təyyarələrin enmə-qalxması ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb. “Təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirib. Məlumata görə, Rusiya hərbçiləri Zaporojyedə Yablokovo yaşayış məntəqəsini ələ keç
Azərbaycanın Kiyevdəki səfirliyinə hücum etmək niyyətimiz olmayıb. “İsgəndər” raketi yalnız hava hücumundan müdafiə zamanı diplomatik nümayəndəliyin ərazisinə düşə bilərdi. Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib .
“Polad Bülbüloğlu mədəniyyət naziri olduğu dönəmdə bütün mədəniyyətin ilkin hücrələrini məhv edib. İndi də oturub parlamentdə Rusiyanın əmrlərini yerinə yetirir”. Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.