Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: rusiya

Rusiya Sumı vilayətində sərnişin qatarını atəşə tutub

Rusiya ordusunun Ukraynanın Sumı vilayətində sərnişin qatarına zərbəsi nəticəsində ən axı 30 nəfər yaralanıb. Primeinfo.az UNİAN-a istinadən verdiyi xəbərə əsasən, Sumı vilayətinin hərbi rəhbəri Oleq Qriqoryev bildirib ki, zərbəyə məruz qalan Qatar Şostka-Kiyev marşrutu üzrə hərəkət edirdi. Bildirilir ki, zərbə nəticəsində vaqonda yanğın baş verib.

Medvedev Putinə işləyən axmaq adamdır - Tramp

ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevi sərt tənqid edib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Tramp onu “Putinə işləyən axmaq adam” adlandırıb. O bildirib ki, ABŞ-a qarşı nüvə ilə hədələmək qəbuledilməzdir.

Rusiyanın 5 vilayətinə PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 81 PUA vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Voronejdə 26, Belqorodda 25, Rostovda 12, Kurskda 11, Volqoqradda 7 PUA zərərsizləşdirilib.

Rusiya Polşa səfirliyini də vurdu

Rusiyanın Kiyevə hücumu zamanı Polşanın Ukraynadakı səfirliyinin binasına da zərər dəyib. Primeinfo.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski deyib. O bildirib ki, raketin komponentlərindən biri konsulluq idarəsinin damına düşüb, tavanı deşib və mətbəxə düşüb.

Rusiyada alkoqoldan ölənlərin sayı 25-ə çatıb

Rusiyada alkoqoldan zəhərlənərək ölənlərin sayı artır. Primeinfo.az “Baza” Telegram kanalına istinadən xəbər verir ki, Leninqrad vilayətində surroqat alkoqoldan zəhərlənərək ölənlərin sayı 25-ə çatıb. Məlumata görə, onların ölümün səbəbinin metanol olduğu laborator olaraq sübut edilib.

NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb

NATO “Rusiyanın 19 sentyabr tarixində Estoniyanın hava məkanını təhlükəli şəkildə pozmasını qətiyyətlə pisləyən” bəyanat qəbul edib. Primeinfo.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün Şimali Atlantika Şurasının Estoniyanın tələbi ilə keçirdiyi toplantının yekunu olaraq yayılan bəyanatda deyilir ki, “Estoniyanın hava sərhədinin qırıcılar tərəfindən pozulması, digər müttəfiqlərin hava sərhədinə müdaxilələr Rusiyanın getdikcə daha məsuliyyətsiz davranışlarının genişlənən nümunəsinin bir hissəsidir”. Bildirilib ki, bu hərəkətlərə görə Rusiya tam məsuliyyət daşıyır: “Bu addımlar eskalasiyaya səbəb olur, yanlış hesablamalar riskini artırır və insan həyatını təhlükəyə atır.

Rusiyada hokkeyçi oyun zamanı öldü

Moskvanın “Lyublino” klubunun oyunçusu Vasili Kartaşov Hokkey Liqasının matçı zamanı həyatını itirib. Primeinfo.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə turnirin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, faciə “Lyublino” və “Vahid Rusiya ağ ayıları” komandaları arasında keçirilən matçda baş verib.