Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: suriya

Bəşər Əsəd və ailəsi Moskvada nə iş görürlər?

Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya köçdükdən sonra yenidən tibbi təhsil almağa başlayıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, Əsəd hazırda oftalmologiya üzrə dərslərdə iştirak edir, eyni zamanda rus dilini öyrənir və biliklərini təkmilləşdirir. Nəşrə danışan Əsəd ailəsi ilə əlaqədə olan mənbənin sözlərinə görə, oftalmologiya onun şəxsi maraq dairəsidir və maddi ehtiyacla bağlı deyil.

Suriyada prezident seçkiləri keçiriləcək

Suriyada yeni konstitusiyaya əsasən 4 ildən sonra prezident seçkiləri keçiriləcək. Primeinfo.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara Doha Forumunda çıxışı zamanı bildirib. “Biz əhatəli milli dialoq konfransı keçirdik, nəticədə aralıq konstitusiya bəyannaməsi qəbul olundu.

Tramp İsraili Suriya ilə dialoqu davam etdirməyə çağırdı

ABŞ Prezidenti Donald Tramp İsraili ərəb dövlətinin inkişafına mane olmamaq üçün Suriyanın yeni hakimiyyəti ilə dialoqu davam etdirməyə çağırıb. Primeinfo.az xəbər verir ki, o, bunu “Truth Social” şəbəkəsindəki hesabında yazıb. Tramp qeyd edib: “Çox vacibdir ki, İsrail Suriya ilə güclü və səmimi dialoqu davam etdirsin və heç nə Suriyanın firavan dövlətə çevrilməsinə mane olmasın.” O vurğulayıb ki, Vaşinqton administrasiyası Suriyada əldə olunan nəticələrdən məmnundur və bu ölkənin hökumətinin qarşıya qoyulan vəzifələri həyata keçirməsi üçün bütün səyləri göstərir.

Nazir Əhmədli: “Bu, Türkiyənin böyük diplomatik qələbəsi idi” - VİDEO

“ABŞ prezidenti Donald Trampın Ağ evdə Suriyanın Prezidenti Əhməd Əl Şaraanı qəbul etməsi Türkiyənin çox böyük diplomatik qələbəsi idi”. Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində tədqiqatçı-alim Nazir Əhmədli bildirib. O, Türkiyə-İran münasibətlərini şərh edib.

Suriyada Prezidentə sui-qəsd cəhdi

Suriyada Prezident Əhməd əş-Şaraya qarşı iki sui-qəsd cəhdinin qarşısı alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, qəsdi “İslam Dövləti” həyata keçirməyi planlayıb.

Suriya Prezidenti COP30 Liderlər Zirvəsində iştirak edəcək

Suriya Prezidenti Əhməd əş-Şaraa Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində təşkil olunacaq COP30 Liderlər Zirvəsinə qatılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SANA məlumat yayıb. Məlumata görə, bu məqsədlə o, sabah Braziliyaya gedəcək.

Bu ölkə Kosovonu müstəqil dövlət kimi tanıdı

Suriya Kosovonu müstəqil və suveren dövlət kimi rəsmi olaraq tanıdığını elan edib. Primeinfo.az xəbər verir ki, bu barədə ölkənin keçid hökumətinin Xarici İşlər Nazirliyi bəyanat yayıb.”Suriya Ərəb Respublikası Kosovonu müstəqil və suveren dövlət kimi rəsmi olaraq tanıdığını bəyan edir. Dəməşq Kosovo Respublikası ilə diplomatik münasibətlərin tezliklə qurulmasını və ikitərəfli əməkdaşlığın inkişafını səbirsizliklə gözləyir”, – bəyanatda deyilir.

Türkiyə Suriyaya səfir təyin edib

Türkiyə Suriyaya səfir təyin edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə Nuh Yılmaz təyinat alıb.