Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Donald Tramp

Trampın şirkəti 400 milyon dollardan çox zərərə düşüb

Trampın şirkəti 400 milyon dollardan çox zərərə düşüb

Truth Social sosial şəbəkəsinə sahib olan Trump Media & Technology Group 2026-cı ilin birinci rübündə 405,9 milyon dollar zərərlə üzləşib. Primeinfo.az Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın media qrupunun maliyyə itkiləri əsasən kriptovalyuta bazarında qeydə alınıb. Belə ki, şirkət fevralın sonlarında qiymət 70.000 dollardan aşağı olanda 2000 bitkoin satıb.

Zelenski: "Trampın nümayəndələrinin Ukraynaya səfəri gözlənilir"

Zelenski: "Trampın nümayəndələrinin Ukraynaya səfəri gözlənilir"

Razılaşmaların təhlükəsizliyi təmin edə biləcək detalları üzərində işləyirik. Primeinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun ABŞ-da apardığı danışıqların yekunları ilə bağlı “Telegram”da bildirib. “Razılaşmaların təhlükəsizliyi təmin edə biləcək detalları üzərində işləyirik.

Şahbaz Şərif Trampa təşəkkür edib - Bu QƏRARA görə

Şahbaz Şərif Trampa təşəkkür edib - Bu QƏRARA görə

Pakistan Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa Hörmüz boğazında “Project Freedom” (Azadlıq Layihəsi) əməliyyatının dayandırılması ilə bağlı qərarına görə təşəkkür edib. Primeinfo.az xəbər verir ki, Şahbaz Şərif bunu “X” hesabında yazıb. Baş nazir bildirib ki, Trampın Pakistan və digər dost ölkələrin, xüsusən Səudiyyə Ərəbistanı və vəliəhd şahzadə Məhəmməd bin Salmanın müraciətinə müsbət cavabı regionda sülh və sabitliyin təşviqinə mühüm töhfə verəcək.

Trampa sui-qəsd cəhdində təqsirləndirilən şəxs həbsdə qalacaq

Trampa sui-qəsd cəhdində təqsirləndirilən şəxs həbsdə qalacaq

ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdində ittiham olunan Koul Tomas Allenin məhkəmə prosesi müddətində həbsdə saxlanılmasına qərar verilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Vaşinqtonda keçirilən məhkəmə iclasında Allenin vəkili bildirib ki, onun müdafiə etdiyi şəxs işə baxıldığı müddətdə həbsdə qalmağa razılaşıb.

Tramp: "Almaniya Kansleri işimizə qarışmaq yerinə, ölkəsini xilas etsin"

Tramp: "Almaniya Kansleri işimizə qarışmaq yerinə, ölkəsini xilas etsin"

ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib. Primeinfo.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb. “Almaniya Kansleri Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq və öz çökmüş ölkəsini xilas etmək üçün daha çox vaxt sərf etməlidir.