Rusiya ilə Ukrayna arasında meyitlərin mübadiləsi olub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, hərbi əməliyyatlar üzrə parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev məlumat verib. Rusiya Ukraynaya 1000 hərbçinin meyitini, Kiyev isə 41 rusiyalı hərbçinin meyitini Moskvaya təhvil verib.
Türkiyə Rusiya-Ukrayna müharibəsinin Qara Dənizi təhdid etməsinə icazə verməyəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının İclasından sonra paylaşılan bəyanatda qeyd olunub. İclasda Rusiya–Ukrayna müharibəsinin gedişi müzakirə olunub və hücumların Qara dənizə yayılmasına və enerji təhlükəsizliyini təhdid edən bir vəziyyətə çevrilməsinə heç bir halda yol verilməyəcəyi vurğulanaraq, bütün tərəflərə təmkinli davranmaq çağırışı edilib.
“Kim istisna edə bilər ki, bu gün Hörmüz boğazında Rusiyanın sualtı qayığı yoxdur? Mən bunu əvvəl də demişəm ki, var. Ola bilər ki, bir qədər kənardadır, döyüş əməliyyatlarından qıraqdadır.
Ukrayna pilotsuz uçuş aparatları (PUA) “Xəzər Boru Kəməri Konsorsiumu” beynəlxalq neft nəqliyyat şirkətinin Novorossiyskdəki obyektlərinə zərbə endirib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, PUA-lar yanalma və tədarük boru kəmərinə zərbə endirib, zərbə nəticəsində dörd neft rezervuarında yanğın başlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Suriyaya gedib.
“İran ilə Rusiya arasında pilotsuz uçuş aparatlarının istehsalı sahəsindəki əməkdaşlıq ciddi narahatlıq doğurur”. Primeinfo.az Globalinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O bildirib ki, bu, dünyanın buna hazır olmadığı bir vəziyyətdə genişmiqyaslı müharibəyə səbəb ola bilər: “Müharibənin ilkin mərhələlərində Rusiya, İran tərəfindən təmin edilən dronları Ukraynaya qarşı aktiv şəkildə tətbiq edib.
ABŞ və Ukrayna nümayəndələri Cenevrədə təhlükəsizlik zəmanətlərini və iqtisadi aspektləri müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov məlumat verib. “Növbəti raund hazırlanır.
İsveçrənin Cenevrə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş olub. Primeinfo.az xəbər verir ki, təxminən dörd saat davam edən müzakirələrdən sonra nümayəndə heyətləri danışıqların aparıldığı “Four Seasons” otelini tərk ediblər. Danışıqlarla bağlı mətbuata hələ ki, heç bir açıqlama verilməyib.
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib. O qeyd edib ki, Ukrayna da öz növbəsində 35 hərbçinin meyitini Rusiyaya təhvil verib.
Ukraynalı uşaqlardan ibarət daha bir qrup Bakıya gəlib. Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev “X” hesabında paylaşım edib. Bildirilib ki, 26 ukraynalı uşaq Azərbaycanda peşəkar tibbi-psixoloji dəstək və reabilitasiya proqramından keçəcək.