Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində beş yaşayış məntəqəsinin yaxınlığındakı mövqelərdən geri çəkilməyə məcbur olub. Prmeinfo.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı qüvvələrinin Cənub müdafiə qüvvələrinin spikeri Vladislav Voloşin deyib. “Kütləvi hücumlar, gündə 400-dən çox artilleriya atəşi və sığınacaqların dağıdılması səbəbindən qoşunlarımız Novouspenevski, Novoye, Oxotniçeqo, Uspenka və Novonikolayevkadan geri çəkilməyə məcbur oldular.
ABŞ Prezidenti Donald Tramp administrasiyası BMT-nin qətnaməsindən Ukraynanın ərazi bütövlüyünü təsdiq edən və Rusiyanın Krımı və digər bölgələri işğalını pisləyən ifadələrin çıxarılmasını müdafiə edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Kiyev Post” nəşri BMT-dəki mənbələrə istinadla məlumat yayıb. “Ukraynanın BMT Baş Assambleyasının Üçüncü Komitəsinə təqdim etdiyi “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində, o cümlədən, Krımda və Sevastopol şəhərində insan hüquqlarının vəziyyəti” adlı illik qətnamə uzun illərdir ki, mühüm diplomatik vasitə olaraq qalır.
Rusiyanın Saratov vilayətinə PUA hücumu edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu Saratovdakı neft emalı zavoduna zərbələr endirib.
Ukrayna Milli Polisinin Dnepropetrovsk üzrə idarəsinin mayoru, Azərbaycan əsilli Çingiz Sahib oğlu Qurbanov Donetsk vilayətində həlak olub. Primeinfo.az Report-a istinadla xəbər verir ki, 42 yaşlı Çingiz Qurbanov Donetsk vilayətində xidməti ezamiyyət zamanı dron hücumuna məruz qalıb və hadisə yerində həlak olub. S.Qurbanov Ukraynanın Dnepropetrovsk vilayətinin Kirovoy-Roq şəhərində anadan olub.
Rusiyanın hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Ukraynaya məxsus 44 pilotsuz uçuş aparatını (PUA) vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə Rusiya ərazisinin bir neçə regionu üzərində qeydə alınıb.
Ukraynada bütün dövlət istilik elektrik stansiyalarının fəaliyyəti dayandırılıb. Primeinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələri onlara “Kinjal” raketləri ilə rekord zərbə endirib. Ölkədə elektrik enerjisi istehsalı dayanıb.
Ukrayna müharibənin 1353-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 148 910 hərbçi, 11 330 ədəd tank, 23 543 ədəd zirehli döyüş maşını, 34 301 ədəd artilleriya sistemi, 1 535 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 238 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 66 723 ədəd avtomobil texnikası, 78 678 ədəd PUA, 3 918 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 993 xüsusi avadanlıq itirib.
Amerikalı məşhur aktrisa Ancelina Coli Ukraynanın Xerson şəhərinə gedib. Primeinfo.az xəbər verir ki, bu haqda “Strana.ua” məlumat yayıb. Həmçinin, Colinin uşaq otağının döşəməsində oturaraq azyaşlılarla ünsiyyətdə olduğu foto yayılıb.
“Mən hərbi xidmətimi Rusiyada çəkmişəm. Orada zabitlər deyirdilər ki, “bir traktor bərabərdir 4 əsgərə”. Yəni, insanı texnika ilə müqayisə edirdilər.
Almaniya hökuməti gələn il Ukraynaya maliyyə yardımını təxminən 3 milyard avro artırmağı planlaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, indiyə qədər 2026-cı il dövlət büdcəsində Kiyevi dəstəkləmək üçün 8,5 milyard avro ayrılıb: “Əlavə 3 milyard avro ayırmaq qərarı qəti deyil, koalisiya daxilində danışıqlar davam edir, lakin Ukraynaya veriləcək vəsaitin miqdarının artırılması zərurəti ilə bağlı fikir birliyi mövcuddur”.