Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ukrayna

Ukrayna Rusiyaya 14 mülki şəxsi təhvil verdi -  FOTO

Ukrayna birtərəfli qaydada Rusiyaya 14 mülki şəxsi təhvil verib. Primeinfo.az xəbər verir ki, bu barədə “Yaşamaq istəyirəm” layihəsinin mətbuat xidməti teleqram kanalında bildirib. Məlumata görə, sabah daha bir qrup Rusiya vətəndaşı qaytarılacaq və bu təcrübə davam edəcək.

Avropa Parlamenti Ukrayna üzrə qətnamə qəbul etdi

Bu gün Avropa Parlamenti Ukrayna üzrə qətnamə qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Evropeyskaya Pravda” məlumat yayıb. Qətnamə “gələcək sülh sazişinin Ukraynaya NATO-nun Vaşinqton müqaviləsinin 5-ci maddəsi səviyyəsində təhlükəsizlik zəmanətləri təqdim etməsini, aqressiya və hərbi cinayətlərə görə təqsirkarların məsuliyyətə cəlb edilməsini, həmçinin Rusiyanı Ukraynaya vurduğu bütün ziyanı kompensasiya etməyə məcbur edilməsini” tələb edir.

Ağ Ev: “Sülhə nail olmaq üçün Rusiya, Ukrayna və ABŞ arasında əlavə müzakirələr vacibdir”

“Ukrayna münaqişəsinin həlli üçün qalan məsələlərlə bağlı Moskva, Kiyev və Vaşinqton arasında danışıqlara ehtiyac var”. Primeinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt sosial şəbəkə hesabında yazıb. O bildirib ki, son bir həftə ərzində ABŞ həm Ukraynanı, həm də Rusiyanı danışıqlar masasına gətirərək sülh istiqamətində ciddi irəliləyiş əldə edib: “Bir neçə incə məsələ qalır.

Ukraynadan dron hücumu: Rusiyada fövqəladə vəziyyət elan edildi

Ukrayna Silahlı Qüvvələrinin dronları Rusiyaya hücum edib.  Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rostov vilayətinin Qara dəniz sahilində yerləşən Taqanroq şəhərində təyyarə təmiri və pilotsuz uçuş aparatları istehsal edən zavod, Nоvоrossiyskdəki “Şeskharis” neft terminalı, Tuapse neft emalı zavodu və eksperimental A-60 təyyarəsinin yerləşdiyi anqar vurulub.

Rusiyanın 7 regionuna PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 249 PUA vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Qara dəniz suları üzərində 116, Krasnodarda 76, Krımda 23, Rostovda 16, Bryanskda 7, Kurskda və Azov dənizi üzərində 4, Belqorodda 2, Lipetskdə isə 1 PUA zərərsizləşdirilib.

Rusiyanın 9 regionuna PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 75 PUA vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Qara dəniz üzərində 36, Krımda 10, Bryanskda 9, Voronejdə 7, Krasnodarda 4, Smolenskdə 3, Moskva və Belqorodda 2, Kaluqa və Ryazanda isə 1 PUA zərərsizləşdirilib.

ABŞ, Avropa və Ukrayna nümayəndələri Trampın sülh planını müzakirə edəcək

Noyabrın 23-də İsveçrədə ABŞ, Avropa və Ukrayna nümayəndələrinin iştirakı ilə Prezident Donald Tramp tərəfindən irəli sürülmüş yeni sülh planının müzakirəsinə həsr olunmuş danışıqlar keçiriləcək. Primeinfo.az xəbər verir ki, bunu DPA Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb. Tədbirlər çərçivəsində Ukrayna və ABŞ-nin yüksək vəzifəli nümayəndələri gələcək sülh sazişinin mümkün parametrlərini müzakirə edəcəklər.

Lukaşenko 31 Ukrayna vətəndaşını əfv etdi

Belarus prezidenti Aleksandr Lukaşenko həbsdə olan 31 Ukrayna vətəndaşını əfv edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Belta” məlumat yayıb. Bildirilir ki, əfv sərəncamı Lukaşenko və ABŞ lideri Donald Tramp arasında əldə olunan razılaşmaların davamı olaraq imzalanıb.