Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü münasibətilə sentyabrın 20-də Xankəndidə bayram konserti keçiriləcək.
Qarabağa köç planına əsasən, 19 yaşayış məntəqəsinə, o cümlədən, Xankəndi, Xocalı, Ağdərəyə əhalinin köçü ilə bağlı təmir-bərpa işlərinin aparılması məqsədilə qismən yararlı evlər müəyyən edilib. Bu barədə Primeinfo.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə ki, bu sırada Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun 11 kəndi (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad, Şuşakənd, Almalı, Çanaqçı və Mehdibəyli) və Ağdərə rayonunun 7 kəndi (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Aşağı Oratağ və Çapar) var.