Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: xəbərdarlıq

Yol Polisindən hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə fevralın 10-dan başlayaraq ölkə ərazisində havanın küləkli olacağı, fasilələrlə sulu qar və qar yağacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlara ehtiyatlı olmağı, küləkli havaya görə avtomobillərini aşma, qopma, sürüşmə ehtimalı olan obyektlərin altında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir.

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət etdi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə kompleks nəzarət tədbirləri görür. Primeinfo.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib. Qurumdan bildirilib ki, hazırda bütün qatarlar qrafik üzrə hərəkəti təmin edilir.

Külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə yanvarın 31-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Salyan, Hacıqabul, Xızı, Qobustan, Şamaxı, Şəki, Oğuz, İsmayıllı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Gəncə, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün birinci yarısında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə yağıntının intensiv olacağı ehtimalı var.