Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: xəbərdarlıq

AQTA-dan "arıqlama çayları" ilə bağlı XƏBƏRDARLIQ

AQTA-dan "arıqlama çayları" ilə bağlı XƏBƏRDARLIQ

Son dövrlərdə müxtəlif sosial şəbəkə platformalarında arıqlama məqsədilə təqdim olunan çay və qəhvə məhsullarının istifadəsi və onun təbliğatı geniş yayılıb. Qısa müddətdə çəki itkisi vəd edən, “yağyandırıcı”, “metabolizmanı sürətləndirən” kimi ifadələrlə təşviq olunan bu məhsulların reklamı intensiv xarakter alıb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Çin vətəndaşlarını İrana səfər etməməyə çağırıb

Çin vətəndaşlarını İrana səfər etməməyə çağırıb

Çin vətəndaşlarına İrana səyahət etməməyi tövsiyə edib. Primeinfo.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi, eləcə də Çin səfirliyi və konsulluğu vətəndaşları İrana səfər etməməyə çağırıb. Bildirilib ki, İranda olan Çin vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməli və ölkəni mümkün qədər tez tərk etməlidir.

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Fevralın 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Ağdam, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Tərtər, Bərdə, Mingəçevir, Sabirabad, Salyan, Biləsuvar, Neftçala, Zəngilan, Hacıqabul, Cəlilabad, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

"Taliban"dan Pakistana XƏBƏRDARLIQ

"Taliban"dan Pakistana XƏBƏRDARLIQ

“Taliban” hərəkatının başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökuməti son hava zərbələrinə cavab verəcəyi barədə Pakistana xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb. “Taliban” administrasiyasının müdafiə nazirliyi Pakistan aviasiyasının Nanqarhar və Paktika vilayətlərinə zərbələr endirdiyini bildirib.

Səhiyyə Nazirliyindən üzərliklə bağlı əhaliyə XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyindən üzərliklə bağlı əhaliyə XƏBƏRDARLIQ

“Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində üzərlik bitkisinin (xalq arasında “üzərlik”, “qarmala” kimi tanınır) istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığının qorunması və maarifləndirilməsi məqsədilə üzərlik bitkisinin tərkibi, onun insan orqanizminə təsiri və bu sahədə mövcud olan risklər barədə aşağıdakıları bildirir”. Primeinfo.az xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin yaydığı məlumatda öz əksini tapıb.

Polşa İrandakı vətəndaşlarına xəbərdarlıq edib 

Polşa İrandakı vətəndaşlarına xəbərdarlıq edib 

Polşa vətəndaşlarına İranı dərhal tərk etmələri barədə xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib. “Bir neçə saatdan sonra Polşa vətəndaşlarının İrandan təxliyəsi üçün artıq imkan qalmaya bilər”, – o qeyd edib.

FHN hava ilə bağlı əhaliyə müraciət edib

FHN hava ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Primeinfo.az-a FHN-in mətbuat xidmətindən verilib. Bildiirlib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 20-si səhərədək bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi və ayrı-ayrı yerlərdə intensiv olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcəyi proqnozlaşdırılır.