Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə yanvarın 31-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Salyan, Hacıqabul, Xızı, Qobustan, Şamaxı, Şəki, Oğuz, İsmayıllı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Gəncə, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün birinci yarısında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə yağıntının intensiv olacağı ehtimalı var.
Baş Prokurorluq əhaliyə xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, Baş Prokurorluq insanlardan qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına laqeyd yanaşmamağı xahiş edib. “Hər il dəm qazından zəhərlənmə və ölüm hadisələri baş verir.
Sabah Azərbaycanın bəzi rayonlarında güclü külək əsəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb. Qeyd edilib ki, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Yanvarın 27-də bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi yolların buz bağlama ehtimalı ilə bağlı xəbərdarlıq edib.
“Qrup diyet proqramları son illərdə geniş yayılmış və xüsusilə sosial şəbəkələr, fitnes mərkəzləri və onlayn platformalar vasitəsilə populyarlıq qazanıb”. Primeinfo.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb. Onun sözlərinə görə, bu proqramların əsas məqsədi insanların eyni qida rejiminə əməl etməklə, çəkilərinin azalması və ya sağlam həyat tərzinə keçidini təmin etməkdir: “Qrup daxilində motivasiya və nəzarət hissi bəzi insanlar üçün müsbət təsir göstərsə də, elmi baxımdan bu cür standartlaşdırılmış yanaşmalar hər bir fərd üçün təhlükəsiz və uyğun hesab edilə bilməz.

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Son günlərdə fişinq xarakterli müxtəlif saxta domenlər yaradılaraq sosial şəbəkələr və ani mesajlaşma tətbiqləri vasitəsilə əhali arasında dövlət tərəfindən ünvanlı sosial yardımların verilməsi ilə bağlı dezinformasiya yayılmaqdadır. Xüsusilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi PHŞ-ə məxsus “myGov” portalının adından istifadə olunmaqla saxtalaşdırılmış saytlar yaradılaraq vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi hədəflənir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən Primeinfo.az-a bildirilib ki, sözügedən saxta saytlar vasitəsilə kimlik məlumatlarının, istifadəçi hesablarının və bank kartları kimi mühüm məlumatların ələ keçirilməsinə cəhd edilir.