Serbiya Prezidenti Aleksandr Vuçiç Almaniyanın “Berliner Zeitung” qəzetinə verdiyi müsahibədə qlobal vəziyyətin kəskin şəkildə pisləşməsi və Üçüncü Dünya Müharibəsi riskinin artması barədə xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, Serbiya Prezidentinin sözlərinə görə, beynəlxalq hüququn artıq əvvəlki kimi fəaliyyət göstərmədiyi bir dövrə qədəm qoyulub: “Nüvə silahları amili xüsusilə narahatlıq doğurur. Beynəlxalq institutların zəifləməsi ilə nəzarətsiz eskalasiya riski əhəmiyyətli dərəcədə artıb və bu da Üçüncü Dünya Müharibəsi ssenarisini əvvəlkindən daha real hala gətirib.
İran ərəb ölkələrinə xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, açıqlamada deyilir ki, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindəki neft-kimya müəssisələri təcili təxliyə edilməlidir. Yaxın vaxtlarda həmin mövqelərə raket və dron hücumunun ediləcəyi gözlənilir.
Martın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir,Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Salyan, Hacıqabul, Neftçala, Şirvan, Sabirabad, Qobustan, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Yevlax, Bərdə və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək
Bir çox ölkələr, xüsusən də İranın Hörmüz boğazını bağlamaq cəhdindən təsirlənənlər, boğazı açıq və təhlükəsiz saxlamaq üçün Amerika Birləşmiş Ştatları ilə birlikdə hərbi gəmilər göndərəcəklər.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regional gərginliyi daha da artıracaq bəyanatla çıxış edərək, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) strateji obyektləri hədəf seçdiyini açıqlayıb.
Martın 15-16-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
İsrail ordusu planlaşdırılan hava hücumundan əvvəl Təbrizdəki sakinlərə təcili xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri sosial şəbəkə üzərindən paylaşım edib. “Yaxın saatlarda İsrail Müdafiə Qüvvələri Tehranda olduğu kimi, İran rejiminin hərbi infrastrukturuna zərbə endirmək üçün ərazidə əməliyyat keçirəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oxşar hadisələrin bir daha baş verməməsi üçün İrana xəbərdarlıq edildiyini bildirib.
Martın 4-ü gündüzdən 5-i səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Şirvan, Sabirabad, Hacıqabul, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qazax, Ağstafa, Tovuz, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
ABŞ Prezidenti Donald Tramp İranın qisas almağa cəhd edəcəyi təqdirdə daha güclü zərbə ilə üzləşəcəyini bildirib.