Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: #xin

Azərbaycan və İtaliya XİN başçıları strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb. “Report” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Azərbaycan–İtaliya strateji tərəfdaşlığının yüksək səviyyədə inkişaf etdiyi məmnunluqla qeyd olunub və ikitərəfli münasibətlərin genişlənməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.

Azərbaycan XİN Çinə başsağlığı verdi

Çinin Honq Konq əyalətinin Tay Po şəhərində baş verən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan faciəli yanğından dərin kədər hissi keçiririk. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında bildirilib. “Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralılara tezliklə şəfa arzulayırıq”, – qeyd olunub.

Ceyhun Bayramov İtaliya Senatının Prezidenti ilə görüşüb - FOTO

  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində ölkə Senatının Prezidenti İqnatsio La Russa ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə nazir özünün “X” hesabında məlumat paylaşıb. “İtaliyaya rəsmi səfərim çərçivəsində İtaliya Senatının Prezidenti İqnatsio La Russa ilə görüşməkdən məmnun oldum.

Rusiya səfiri Moldova XİN-ə çağırılıb

Rusiyanın Kişineudakı səfiri Oleq Ozerov Moldova Xarici İşlər Nazirliyinə (XİN) gedib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. O.Ozerov, XİN-ə Moldovanın hava məkanı üzrərindən bir neçə pilotsuz uçuş aparatının (PUA) uçuşu ilə bağlı yayılan məlumatlardan sonra izahat vermək üçün dəvət edilib.

Ceyhun Bayramov Vatikandakı Apostol Kitabxanasını ziyarət edib - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Apostol Kitabxanasında olub. Primeinfo.az xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. “Bu misilsiz insanlıq tarixi xəzinəsi bizə əsrlər boyu əlyazmalar və mətnlərdə qorunub saxlanılan dialoqun gücünü xatırladır.

Hakan Fidan Xələf Xələfovla görüşüb – FOTO

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.  

Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallager (Paul Richard Gallagher) ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər inkişaf etməkdə olan Azərbaycan-Vatikan münasibətlərini nəzərdən keçirib, konstruktiv dialoqu, qarşılıqlı hörməti və dinlərarası anlaşmanın, eləcə də qlobal sülh təşəbbüslərinin təşviqi istiqamətində fəal əməkdaşlığı məmnunluqla qeyd ediblər.

Ceyhun Bayramov İtaliyaya getdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Taca və İtaliya Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə Primeinfo.az-a Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, səfər çərçivəsində 25-27 noyabr tarixlərində nazir Ceyhun Bayramovun Vatikanda və İtaliyada xarici işlər nazirləri, digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin, beyin mərkəzində çıxışı və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

XİN COP31-lə bağlı Türkiyə və Avstraliyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etmək üçün seçilməsi və Avstraliyanı Danışıqların Prezidenti seçilməsi münasibətilə təbrik edib.