Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: #xin

Lavrov Amerika Ticarət Palatasının üzvləri ilə görüşüb

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyadakı Amerika Ticarət Palatasının üzvləri ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Lavrov Tramp administrasiyasının Ukraynadakı münaqişənin davamlı həlli istiqamətində nümayiş etdirdiyi səyləri, mövcud beynəlxalq vəziyyətin inkişaf tendensiyalarını, eləcə də Rusiya-Amerika münasibətlərinin perspektivlərini qiymətləndirib..

Rusiya səfiri Almaniya XİN-ə çağrılıb

Almaniya Xarici İşlər Nazirliyi kiberhücum və dezinformasiya kampaniyaları ilə əlaqədar Rusiya səfiri Sergey Neçayevin XİN-ə çağırıldığını bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə TASS Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. “Bu gün səhər Rusiya səfirini Almaniya Xarici İşlər Nazirliyinə çağırdıq və Rusiyanın fəaliyyətini çox diqqətlə izlədiyimizi, buna qarşı tədbirlər gördüyümüzü açıq şəkildə bildirdik.

Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü iclası Budapeştdə keçirilib - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyartonun həmsədrlik etdikləri Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü iclası Budapeştdə keçirilib. Bu barədə Primeinfo.az-a Xarici İşlər Nazirliyindən bildirilib. İclasda Azərbaycan–Macarıstan strateji tərəfdaşlığının mükəmməl səviyyəsini yüksək qiymətləndirib və dostluq, ortaq maraqlar və yüksək səviyyəli siyasi dialoqla dəstəklənən dinamik inkişafı nəzərdən keçirilib.

Azərbaycanın Tailanddakı səfirliyinin açılış mərasimi olub - FOTO

Dekabrın 11-də Banqkok şəhərində Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Bu barədə Primeinfo.az-a Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyinin açılış mərasimində iştirak edib.

Ukraynanın səfiri İsrail XİN-ə çağırılıb

Ukraynanın Təl-Əvivdəki səfiri Yevgeni Korniyçuk Ynet portalına verdiyi müsahibədə İsrailin baş naziri Binyamin Netanyahu ilə Rusiya Prezidenti Vladimir Putin arasında danışıqların əhəmiyyəti barədə söylədiyi fikirləri tənqid etdikdən sonra Xarici İşlər Nazirliyinə çağırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ynet məlumat yayıb. Məlumata görə, İsrail XİN-in baş direktorunun müavini Yuval Foks səfirə bildirib ki, onun açıqlamaları “tamamilə qəbuledilməzdir” və “diplomatik protokolu pozur”.

Ceyhun Bayramov Macarısatana getdi -  FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında məlumat paylaşılıb. Bildirilib ki, səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.