Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: #xin

Kerolayn Ramakers gələn həftə Azərbaycana gələcək

Niderland Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Kerolayn Ramakers noyabrın 13-14-də Azərbaycana səfər edəcək. Bu barədə Primeinfo.az Niderlandın Bakıdakı səfirliyindən məlumat verilib. Səfəri çərçivəsində K.Ramekers ikitərəfli əməkdaşlığı və tərəfdaşlıq əlaqələrini gücləndirmək imkanlarını müzakirə etmək üçün Azərbaycanın biznes və dövlət qurumları nümayəndələri ilə görüşlər keçirəcək.

Pakistan XİN Azərbaycanı təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, təbrik XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. “Zəfər Günü münasibətilə Azərbaycan hökuməti və xalqını səmimi qəlbdən təbrik edirik”, – paylaşımda deyilir.

XİN rəhbəri: "İlham Əliyev üçtərəfli bəyanata mühüm maddələr əlavə etdirdi"

Xarici işlər naziri Ceyhun Bayramov 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatın hazırlanması prosesinə dair bir neçə detalı açıqlayıb. Primeinfo.az xəbər verir ki, Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib ki, Azərbaycan Prezidenti danışıqlar nəticəsində israrla üç rayondan – Laçın, Kəlbəcər və Ağdamdan dəqiq çıxma tarixi, Üçtərəfli bəyanatın müddətli olması (növbəti beş il müddətinə uzadılmama barədə qərar qəbul etdilər) və Rusiya sülhməramlılarının əraziyə daxil olmaları ilə erməni silahlılarının ərazidən çıxarılmasının eyni vaxtda icra olunması tələbləri sənədə daxil edilməsinə nail oldu. “Orada məhz “erməni” sözü işlədildi ki, sonra bizlə söz oyunu oynamasınlar.

Nazir: "Azərbaycan mövqeyindən bir addım da geri çəkilmədi"

İkinci Qarabağ müharibəsi zamanı gərginlik baxımından Moskva görüşü digərlərindən fərqlənirdi. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib. Nazir xatırladıb ki, 2020-ci il oktyabrın 8-də Rusiya tərəfi Ermənistanla danışıqların keçirilməsini təkidlə təklif edib: “Oktyabrın 9-da görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Ceyhun Bayramov Yunanıstan səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yunanıstan səfiri Kristo Kapodistrianı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Primeinfo.az xəbər verir ki, nazir görüş zamanı səfirin Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafındakı xidmətlərini yüksək qiymətləndirərək ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfirlə söhbət zamanı son dövrlər ikitərəfli münasibətlərdəki dinamika müsbət qiymətləndirilib.

Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan NATO nümayəndə heyətini qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.