Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: #xin

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib - FOTO

Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub. Primeinfo.az xəbər verir ki, görüş zamanı bununla bağlı xarici işlər naziri Ceyhun Bayramovun Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşündə müzakirə aparılıb. Görüşdə Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və s.

XİN-dən UNESKO-nun “Türk Dilləri Günü” qərarına - DƏSTƏK

Azərbaycan Xarici İşlər Nazirliyi UNESKO-nun 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan etməsini alqışlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib. “Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESKO-nun 43-cü Baş Konfransında qəbul edilən tarixi qərara əsasən, 15 dekabr “Dünya Türk Dilləri Ailəsi Günü” elan olunub.

Azərbaycan XİN rəhbəri Əlcəzairə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, sSəfər çərçivəsində nazir Ceyhun Bayramovun 4 noyabr tarixində Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

XİN Panamanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Panamanı Milli Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib.   Congratulations to Panama and its people on the occasion of the National Day!

Hakan Fidan Bakıya gəlir

  Türkiyənin xarici işlər naziri Hakan Fidan Zəfər paradında iştirak etmək üçün Azərbaycana gələcək. Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, səfər noyabrın 7-ə planlaşdırılıb. Qeyd edək ki, Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.

Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin üzvü, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticini qəbul edib. Bu barədə Primeinfo.az Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Ceyhun Bayramov: “Azərbaycan dayanıqlı təhsil inkişafına mühüm töhfə verir”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Baş Konfransının 43-cü sessiyasında çıxışı zamanı təhsil sahəsində dayanıqlı inkişaf baxımından Azərbaycan tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb. Primeinfo.az-ın məlumatına görə, nazir Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 8 iyul tarixli Fərmanı ilə təsis olunmuş Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzv ölkələrindən hər il 100 tələbəyə, ümumilikdə 5 il ərzində 500 tələbəyə Azərbaycanda təhsil almaq imkanı yaradıldığını bildirib.