Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: yanğın

Sumqayıtda ev yanıb: iki nəfər zəhərlənib

Sumqayıtda yaşayış evində yanğın baş verib. Primeinfo.az xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Belə ki, yanğın nəticəsində 2002-ci il təvəllüdlü Məhyəddin Mahmud oğlu Mahmudzadə və həyat yoldaşı, 2003-cü il təvəllüdlü Xumar Elçin qızı Mahmudzadə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Məmmədli kəndində yanğın: 4 avtobus kül oldu - VİDEO

Abşeron rayonu, Məmmədli kəndində 4 yararsız avtobus yanıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Belə ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Qəbələdə yanğın olub - VİDEO

Qəbələ rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Nic qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən tövlədə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Cənubi Koreyada logistika anbarı yanır - VİDEO

Cənubi Koreyanın Çxonan şəhərində iri logistika anbarlarından birində yanğın baş verib. Primeinfo.az-ın “Chosun”a istinadən verdiyi xəbərə görə, xəsarət alanlar barədə məlumat yoxdur. Yanğının söndürülməsi üçün müxtəlif bölgələrdən 63 yanğınsöndürmə briqadası və 129 xilasedici cəlb edilib.

Naxçıvanda ev yandı

Naxçıvan şəhərində fərdi yaşayış evində yanğın olub. Primeinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Ermənistan-Azərbaycan sərhədində yanğın baş verib

Azərbaycanla Ermənistan arasındakı ərazidə baş vermiş yanğının böyüməsinin qarşısının alınması istiqamətində işlər davam etdirilir. Primeinfo.az Report-a istinadən xəbər verir ki, Gədəbəy rayon İsalı, Dördlər və Mormor kəndlərinin Ermənistanla sərhədyanı ərazisində (neytral ərazi) dörd gündür davam edən yanğının kəndlərə, xüsusən də meşəlik sahələrə keçməməsi üçün Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Relyefin mürəkkəbliyi səbəbindən xüsusi texnikaları əraziyə cəlb etmək mümkün deyil.

Şəmkirdə yanacaqdoldurma məntəqəsində yanğın olub

Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində yanğın olub. Prineinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində üç ədəd yanacaqla dolu yeraltı çəndən birində yanğın baş verdiyi və yanğının yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Türkiyədə dəhşətli yanğın: 6 ölü, 1 yaralı - VİDEO

Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda yerləşən ətir anbarında güclü yanğın baş verib. Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, Mimar Sinan küçəsində baş verən yanğın nəticəsində altı nəfər ölüb, bir nəfər yaralanıb. Səbəbi məlum olmayan yanğın tez zamanda güclənib.

İmişlidə yanğın baş verdi - 2 nəfər zəhərləndi

İmişlidə yanğın baş verib, iki nəfər tüstüdən zəhərlənib. Bu barədə Primeinfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayonun Bəhramtəpə qəsəbəsində həyətyanı sahəyə yığılan ot bağlaması yanıb.

Daşkəsəndə iki mərtəbəli kitabxanada yanğın

Daşkəsən şəhərində kitabxanada yanğın olub. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, şəhərdə ümumi sahəsi 580 m² (hər mərtəbəsi 290 m²) olan ikimərtəbəli kitabxananın 2-ci mərtəbəsində bir otağın tavanı 24 m² sahədə qismən yanıb.