Göyçay rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb. Hərəkətdə olan yük avtomobilinin minik maşını ilə toqquşması nəticəsində xəsarət alan dörd nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində 31 yaşlı Abbasov Elnur Mehdi oğlu idarə etdiyi motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib və “Vaz-2107” markalı minik avtomobilinə çırpılıb. E.Abbasov özünü xilas etmək məqsədi ilə asfalt örtüyünə tullanıb, bu zaman H.Osmanovun idatə etdiyi “Ford Transit” markalı avtomobilin altında qalaraq ölüb.
İranın Sistan və Bəlucistan vilayətində ağır yol qəzası baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Qeyd edilib ki, hadisə nəticəsində 9 nəfər ölüb, 7 nəfər yaralanıb.
“20 Yanvar” körpüsü yaxınlığında zəncirvari qəza olub. Primeinfo.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, hadisə 3 avtomobilin iştirakı ilə baş verib. Qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib.
Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Suriyanın yeni lideri Əhməd əl-Şaraa arasındakı görüşdə maraqlı anlar yaşanıb. Primeinfo.az xəbər verir ki, həmin görüntüləri “Al Arabiya” instaqramda yayımlayıb. Belə ki, yayımlanan videoda amerikalı liderin “ən yaxşı” adlandırdığı “Trump Victory 45-47” ətrini əvvəlcə öz üzərinə, daha sonra Suriya lideri və xarici işlər naziri Əsəd Həsən əl-Şeybaninin üzərinə bir neçə dəfə sıxdığı görünür.
Cəlilabadda baş verən qəzada 3 nəfər xəsarət alıb. Primeinfo.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun 87-ci km-də qeydə alınıb. Hərəkətdə olan “Kia” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb.
Türkiyənin tanınmış aktyoru Engin Çağlar İstanbulda yol qəzasında həlak olub. Primeinfo.az xəbər verir ki, dünən Şişlidə yolu keçərkən 85 yaşlı aktyoru motosiklet vurub. Engin Çağlar xəstəxanaya yerləşdirilib.
Bu gün axşam saatlarında Şirvan şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, “Kia” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü Miri Abbasov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, eləcə də digər nəqliyyat vasitəsinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Naxçıvan şəhərində məktəblinin avtomobil tərəfindən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. 74-BA-017 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil piyada zolağında hərəkətdə olan Kəngərli rayonunun Xok kənd sakini, 2010-cu il təvəllüdlü Həsənli Aydan Elşən qızını vurub.
“Çoxillik müşahidələr göstərir ki, adətən həftəsonu respublika əhəmiyyətli avtomobil yollarda hərəkət intensivliyi nəzərəçarpacaq dərəcədə artırır”. Primeinfo.az xəbər verir ki, bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciətində qeyd olunub. Müraciətdə bildirilib ki, nəqliyyat axınının tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülsə də, təəssüf ki, bəzən sürücülərin tələskənliyi, diqqətsizliyi səbəbindən məhz bu günlərdə daha ağır yol-nəqliyyat hadisələri qeydə alınır: “BDYPİ həftəsonu, xüsusilə səfərə hazırlaşan sürücüləri nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yol və hava şəraitini nəzərdən qaçırmamağa çağırır”.