Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-da “Qızıl kart” işə düşüb

11.12.2025 11:23

ABŞ Prezidenti Donald Tramp “Qızıl kart”ın istifadəyə verildiyini açıqlayıb.

Primeinfo.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, o, bununla bağlı çox həyəcanlı olduğunu deyib.

“Bütün vəsaitlər ABŞ hökumətinə gedəcək. Bu, çox böyük məbləğdə pul ola bilər”, – deyə Tramp bildirib və əlavə edib ki, bu kart “Yaşıl kart”a (“Green Card”) bənzəsə də, ondan daha yaxşı olacaq.

“Qızıl kart” azı bir milyon dollar ödəməklə xarici vətəndaşlara ABŞ-da yaşamaq şansı verir.

Paylaş: