Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə FETÖ əməliyyatı: 90 şübhəli tutuldu - VİDEO

17.12.2025 12:28

Türkiyədə Fətullah Gülən Təşkilatına (FETÖ) qarşı növbəti əməliyyat həyata keçirilib.

Primeinfo.az xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial mediada məlumat verib.

Nazir qeyd edib ki, son iki həftə ərzində Türkiyə təhlükəsizlik qüvvələri FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 160 nəfəri saxlayıb, onlardan 90-ı həbs edilib.

Reydlər 39 əyalətdə keçirilib. Saxlanılanlar arasında təşkilatın maliyyə, təhsil və xarici əlaqələr strukturlarında çalışan şəxslər də var.

Türkiyə hakimiyyəti FETÖ (Fetullahçı Terror Təşkilatı) adlandırdığı Gülən təşkilatını doqquz il əvvəl, 15 iyul 2016-cı ildə baş verən çevriliş cəhdində iştirak etməkdə ittiham edir.

Türkiyədə çevrilişdən sonra 80 mindən çox insan həbs edilib və hərbi qulluqçular da daxil olmaqla təxminən 150 min dövlət qulluqçusu işdən çıxarılıb və ya vəzifəsindən kənarlaşdırılıb.

Paylaş: