Xəbər axtarın

Son axtarış nəticələri:

Viktor Orban: “Ərdoğan dedi ki, yeni dövr başlayır” - FOTO

09.12.2025 15:00

“Macarıstanı əhatə edən dünyaya baxdığımda güclənən tərəf kimi Türk dünyasını görürəm”.

Primeinfo.az xəbər verir ki, bunu İstanbul səfəri zamanı Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Son yüz ildə Macarıstanın Türk dünyası ilə əlaqələrinin zəiflədiyini bildirən Orban 2010-cu ildən sonra Ərdoğanın tarixi pəncərəni açdığını vurğulayıb:

“Ərdoğan dedi ki, yeni dövr başlayır. Başqa bir dünya olacaq və Türk dünyası çox böyük enerji toplayacaq. Türk əsri adlandırılan böyük bir planın olduğunu gördüm”.

Viktor Orban dekabrın 8-də Türkiyəyə gedib və ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Səfər çərçivəsində iki ölkə arasında informasiya, milli təhlükəsizlik, müdafiə sənayesi, ali təhsil, ticarət və bir sıra sahələri əhatə edən 16 sənəd imzalanıb.

O cümlədən, Rusiya qazının Türkiyə ərazisi vasitəsilə Macarıstana daşınmasının davam etdirilməsinə dair zəmanətlər barədə razılığa gəlinib.

“Prezident Ərdoğanla razılığa gəldik və bu razılığa əsasən, Türkiyə Macarıstanın Rusiyadan qaz ala biləcəyi marşrutu təmin edəcək. Budapeşt 2025-ci ildə “Türk axını” qaz kəməri vasitəsilə 7,5 milyard kub metr qaz əldə edib”, – Orban vurğulayıb.

 

Paylaş: