
“ABŞ-nin Venesuela üzərində nəzarəti bir ildən daha çox davam edəcək”.
Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinə müsahibəsində bildirib.
“Bəs bu nə qədər davam edəcək?” sualına Tramp “bunu yalnız zaman göstərəcək” cavabını verib.
O bildirib ki, bu müddət ərzində ABŞ respublikanın neftindən istifadə etmək və qiymətlərini aşağı salmaq niyyətindədir.
Tramp həmçinin bildirib ki, gələcəkdə – təhlükəsiz olduqda Venesuelaya səfər etməyi planlaşdırır.