Xəbər axtarın

Son axtarış nəticələri:

Trampın nasaz təyyarəsi dəyişdirilib, o, yenidən Sürixə yola düşüb

21.01.2026 11:36

ABŞ Prezidenti Donald Trampın təyyarəsı texniki nasazlıq səbəbindən geri qayıtdıqdan sonra Sürixə yola düşüb.

Primeinfo.az-ın AFP-yə istinadən verdiyi məlumata görə, prezidentin təyyarəsi Vaşinqton yaxınlığında yerləşən “Andrews Air Force Base”ə endikdən sonra uçuş başqa, daha kiçik ölçülü təyyarədə davam etdirilib.

Təyyarədə elektrik avadanlıqlarında nasazlıq aşkarlandığı üçün geri qayıtmaq barədə qərar verilib.

Donald Tramp Sürixdə keçirilən Dünya İqtisadi Forumun illik toplantısında iştirak edəcək.

Paylaş: