
Davosda Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib.
Primeinfo.az xəbər verir ki, Donald Tramp Davosda ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqları məhsuldar adlandırıb.
Tramp jurnalistlərin Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə sazişin imzalanması şansının olub-olmadığı barədə sualının cavabında “görək, nə baş verəcək” deyib.
“Sabah Rusiya ilə görüşümüz var, həmçinin ölkə Prezidenti Vladimir Putin ilə görüşümüz olacaq”, – D.Tramp qeyd edib.
O həmçinin bildirib ki, V.Zelenski ilə danışıqlar zamanı Ukraynanın Sülh Şurasına daxil olması məsələsi müzakirə edilməyib.
Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov da 1 saatdan az davam edən görüş barədə açıqlama verərək, ümumi danışıqların yaxşı keçdiyini bildirib.
Bununla belə, o, danşıqların nəticəsinin hələ məlum olmadığını vurğulayıb.