Xəbər axtarın

Son axtarış nəticələri:

Əfqanıstan və Pakistan qüvvələri arasında toqquşma olub

24.02.2026 21:55

Bu gün günortadan sonra sərhəd bölgələrində Əfqanıstan və Pakistan qüvvələri arasında toqquşmalar baş verib və döyüşlər hələ də davam edir.

Primeinfo.az xəbər verir ki, bu barədə Əfqanıstanın yerli mətbuatı məlumat yayıb.

Məlumata görə, toqquşmalar Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində, Pakistanla sərhəd ərazilərdə baş verib.

Yerli mənbələr hər iki tərəfin ağır silahlardan istifadə etdiyini və itkilərin olduğunu bildirib.

Əfqanıstan və Pakistan hökumətləri son toqquşmalarla bağlı hələlik heç bir açıqlama verməyib.

Paylaş: