Xəbər axtarın

Son axtarış nəticələri:

Hikmət Hacıyev: “Azərbaycan 7 milyardlıq təşəbbüsdə iştirak etməyi planlaşdırmır”

19.02.2026 22:41


“Azərbaycan təsisçi üzv dövlət kimi “Sülh Şurası”nın məqsəd və vəzifələrini dəstəkləyir”.

Primeinfo.az verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” paylaşım edib.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycan Qəzza ilə bağlı investisiya layihələrində “Sülh Şurası” vasitəsilə iştirak etməyi nəzərdən keçirə bilər:

“Lakin bir məqamı aydınlaşdırmaq istərdim. Azərbaycan bu gün Şuranın iclası zamanı elan edilən Qəzza ilə bağlı 7 milyard ABŞ dolları həcmində maliyyə təşəbbüsündə iştirak etməyi planlaşdırmır”.

Qeyd edək ki, iclas zamanı ABŞ Prezidenti Donald Tramp bir neçə ölkənin Qəzza zolağına 7 milyard dollarlıq yardım paketi ayırdığını açıqlayıb. Bu siyahıda Azərbaycanın da adını çəkmişdi.

Paylaş: