Xəbər axtarın

Son axtarış nəticələri:

Kaya Kallas: "Tramp Ukraynaya yox, Rusiyaya təzyiq etməlidir"

24.02.2026 17:23

Əgər ABŞ sülh istəyirsə, Rusiyaya təzyiq göstərməlidir.

Primeinfo.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Bloomberg TV-yə müsahibəsində bildirib.

Kallas deyib ki, ABŞ-ın Ukraynaya təzyiq strategiyası sülh danışıqları üçün uğursuz olub.

Aİ rəsmisi qeyd edib ki, elə buna görə də Prezident Donald Tramp Rusiyaya təzyiq etməlidir.

“Onların (ABŞ-ın) yanaşması Ukraynaya təzyiq göstərmək idi. Bu, bir il ərzində heç bir nəticə vermədi, bəlkə də ona görə diqqətimizi digər tərəfə yönəltməliyik”, – Kallas əlavə edib.

Paylaş: