
Türkiyə Prezident Administrasiyası Azərbaycana qarşı dezinformasiya və təxribat xarakterli paylaşımlarla bağlı açıqlama yayıb.
Primeinfo.az bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsinə istinadən xəbər verir.
“Sarsılmaz tarixi və ortaq dəyərlərlə bir-birinə sıx bağlı olan Türkiyə və Azərbaycan yalnız bu gün deyil, keçmişdə də dəfələrlə qarşılaşdıqları sınaqlardan uğurla çıxıblar.
Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ikitərəfli münasibətlər bütün səviyyələrdə “Bir Millət, İki Dövlət” şüarı altında həyata keçirilir.
İctimaiyyətin bu qardaşlığa zərər verə biləcək həddini aşan sözlərə, dezinformasiyalara və qara piar fəaliyyətlərinə qarşı daha həssas olması, həmçinin kritik məsələlərdə Türkiyə və Azərbaycanın rəsmi qurumlarının açıqlamalarını nəzərə alması vacib hesab olunur”, – açıqlamada qeyd olunur.