
İran Prezidenti Məsud Pezeşkian Ali Lider Əli Xamneynin ölümünə görə qisas alacaqlarını bildirib.
Primeinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
O bildirib ki, Əli Xamneyinin öldürülməsinə görə qisas almaq və cinayətin təşkilatçılarını cəzalandırmaq həm ölkənin borcu, həm də qanuni haqqıdır.
İran Prezidenti Xamneyinin ölümünü bütün müsəlmanlara qarşı açıq müharibə adlandırıb.