Xəbər axtarın

Son axtarış nəticələri:

NATO: "İranın Türkiyəni hədəf almasını qınayırıq"

04.03.2026 17:01

NATO İrandan Türkiyə istiqamətinə raket atılmasını pisləyib.

Primeinfo.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart deyib.

“İranın regionda fərq qoymadan həyata keçirdiyi hücumlar fonunda NATO Türkiyə də daxil olmaqla müttəfiqlərini qətiyyətlə dəstəkləyir”,- Hart bildirib.

Qeyd edək ki, Türkiyə İran tərəfindən atılan raketi öz hava sahəsi yaxınlığında zərərsizləşdirib.

Paylaş: