İranın xarici işlər naziri Abbas Əraqçi Qətərə səfərə yola düşüb. Primeinfo.az-ın xəbərinə görə, Abbas Əraqçi Qətərin sabiq Əmirinin vəfatı ilə əlaqədar başsağlığı vermək məqsədilə Dohaya gedib. İran XİN rəhbəri Qətər rəsmiləri ilə də görüşəcək.
Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Qətər Dövlətinin ölkəmizdəki səfirliyində olub. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti (NK) məlumat yayıb. Bildirilib ki, Əli Əsədov Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb, Qətərin Azərbaycandakı səfiri ilə söhbət edərək başsağlığı verib.
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə səfərə gedib. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, Azərbaycan nümayəndə heyəti iyulun 14-də Qətər Dövlətinin keçmiş Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Qətər Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə Azərbaycan Hökuməti adından başsağlığı vermək məqsədilə Doha şəhərinə səfər edib.
ABŞ-nin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff Qətərin paytaxtı Dohadadırlar, lakin İran nümayəndələri ilə birbaşa görüşlər keçirməyəcəklər. Primeinfo.az “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib. Onun sözlərinə görə, amerikalı nümayəndələr qətərli vasitəçilərlə görüşəcək və danışıqlar prosesinin gedişatını müzakirə edəcəklər.
Bölgədəki hərbi əməliyyatlar zamanı qəlpə dəyməsi nəticəsində bir Qətər vətəndaşı ölüb, daha bir nəfər isə yaralanıb.
ABŞ və Qətər İranın dondurulmuş aktivlərinin bir hissəsini humanitar yardım almaq üçün istifadə etməsini nəzərdə tutan bir mexanizm üzərində birgə işləyirlər. Primeinfo.az xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb. Mənbələrə görə, Tehran əvvəlcə Qətərdə saxlanılan 6 milyard dollara çıxış əldə edə bilər.
2026-cı il dünya çempionatında B qrupunun növbəti matçı keçirilib. Primeinfo.az xəbər verir ki, ötən mundialın ev sahibi olan Qətər millisi ilk matçında İsveçrə ilə qarşılaşıb. Oyunun son dəqiqələrində vurulan qolla Qətər 1 xalı qopara bilib.
ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə İranla razılığa gəlmək imkanlarını müzakirə ediblər. Primeinfo.az Axios-a istinadən xəbər verir ki, 9 mayda Florida ştatının Mayami şəhərində baş tutub. Axios qeyd edir ki, tərəflər müharibəyə son qoymaq üçün anlaşma memorandumuna gedən yol tapmağa diqqət yetiriblər.
Qətər sahilləri yaxınlığında yük gəmisi vurulub. Primeinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) məlumat yayıb. Hadisə gəmi Qətərin paytaxtı Doha şəhərindən 23 dəniz mili şimal-şərqdə hərəkətdə olarkən baş verib.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Qətərə gedib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, müdafiə naziri Dohada Qətər-Türkiyə Birləşmiş Müştərək Qüvvələr Komandanlığında yoxlama və təftiş aparıb.