Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya Ukraynanın iki quru yük gəmisini və tankerini VURUB - FOTO

14.07.2026 18:14

Rusiya Ukraynanın iki quru yük gəmisini və tankerini VURUB - FOTO

Rusiya ordusu Odessa vilayətində Çernomorsk limanından Odessa limanına hərəkət edən daha iki quru yük gəmisinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bundan əvvəl eyni istiqamətdə hərəkət edən tankerə də PUA ilə zərbə endirilib. Hücumdan sonra tankerin üzərindən qalın tüstünün qalxdığı qeyd olunub.

Rusiya tərəfi gəmilərin Çernomorsk limanından Odessa limanına keçid zamanı vurulduğunu iddia edib.

Ukrayna rəsmilərinin məlumatına görə, hücum nəticəsində gəmilərdən birində yanğın baş verib və ziyan dəyib, ekipaj üzvləri təxliyə edilib.

Rusiya Müdafiə Nazirliyi Odessa vilayətində yanacaq-sürtkü materiallarının boşaldılması üçün istifadə olunan liman infrastrukturu obyektlərinin və yanacaq-sürtkü materialları saxlanılan yeddi rezervuarın vurulduğunu bildirib.

Rusiya Ukraynanın iki quru yük gəmisini və tankerini VURUB - FOTO

Paylaş: