
Rusiya ordusu sutka ərzində Ukraynanın Zaporojye regionunda 45 qəsəbəyə 973 hava zərbəsi endirib.
Primeinfo.az xəbər verir ki, bu barədə Zaporojye regionunun hərbi administrasiyasının rəhbəri İvan Fedorov bildirib.
Hücumlar nəticəsində 4 nəfər ölüb, 28 nəfər isə xəsarət alıb.
Vilayət rəhbərliyinin məlumatına görə, yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zərər gördüyünə dair 249 məlumat daxil olub.
