Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Slovakiya – Azərbaycan

Slovakiya Prezidenti "Sea Breeze"lə tanış olub - FOTO

Slovakiya Prezidenti "Sea Breeze"lə tanış olub - FOTO

İyulun 15-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze” istirahət mərkəzində olub. Primeinfo.az xəbər verir ki, “Sea Breeze”in təsisçisi Emin Ağalarov Slovakiya dövlətinin başçısına kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün planlaşdırılan layihələr barədə məlumat verib. Hazırda 500 hektar ərazini əhatə edən “Sea Breeze”də indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib.

Slovakiya Prezidenti Əli Əsədovla enerji təhlükəsizliyini müzakirə edib - FOTO

Slovakiya Prezidenti Əli Əsədovla enerji təhlükəsizliyini müzakirə edib - FOTO

Bu gün Baş naziri Əli Əsədov Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Görüşdə Slovakiya Prezidenti P.Pelleqrininin Azərbaycana rəsmi səfərinin və səfər çərçivəsində iki ölkənin dövlət başçıları arasında Şuşada keçirilmiş danışıqların Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm təkan verəcəyi vurğulanıb.

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakıya yola düşüb - FOTO

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakıya yola düşüb - FOTO

İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb. Primeinfo.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev Füzuli Beynəlxalq Hava Limanında Slovakiya Prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq aeroportları haqqında məlumat verdi. Prezident Peter Pelleqrinini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola saldılar.

Prezidentlər Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar - FOTO

Prezidentlər Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar. Primeinfo.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan və Slovakiya prezidentlərinə Ağdamın Baş Qərvənd kəndində görülən işlər barədə məlumat verdi. Baş Qərvənd kəndi Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin sağ tərəfində, Ağdam şəhərinin mərkəzindən 18 kilometr məsafədə yerləşir.