Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan sülh üçün Trampla əməkdaşlığı davam etdirəcəklərini deyib

13.07.2026 22:22

Ərdoğan sülh üçün Trampla əməkdaşlığı davam etdirəcəklərini deyib
Türkiyə-ABŞ münasibətlərinin gücləndirilməsi üçün Trampla əməkdaşlığı davam etdirəcəyik.

Primeinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı səsləndirib.

Türkiyə lideri 36-cı NATO Liderlər Zirvəsi çərçivəsində ABŞ Prezidenti Donald Trampın dövlət başçısı səviyyəsində 17 ildən sonra Türkiyəyə etdiyi rəsmi səfəri məmnunluqla qarşıladığını bildirərək, bunu əlamətdar hadisə kimi qiymətləndirib.

“İstər Türkiyə-ABŞ münasibətlərinin daha da möhkəmləndirilməsi, istər ikitərəfli ticarət dövriyyəmizin 100 milyard dollar hədəfinə çatdırılması, istərsə də bölgəmizdə sülhün və sabitliyin təmin olunması istiqamətində cənab Trampla birlikdə çalışmağa davam edəcəyik”, – Ərdoğan qeyd edib.

Paylaş: