
“İran tamamilə kapitulyasiyaya getməyincə müharibəni dayandırmayacaqlar. Bunun üçün ABŞ-nin irəli sürdüyü iddialara əməl edilməlidir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“İranın hazırkı molla rejimi tamamilə hakimiyyətdən getməlidir, yeni dünyəvi rejimin qurulması haqqında öhdəlik götürülməlidir. Bundan əlavə isə İran birmənalı qaydada nüvə silahından imtina etməli, əlində olan saflaşdırılmış uran ehtiyyatlarını təhvil verməlidir”, – deyə o əlavə edib.
Davamı “Qırmızı masa”da: