
Türkiyənin məşhur müğənnisi Tarkan qızı Liyanın 8 yaşı ilə bağlı duyğusal paylaşım edib.
Primeinfo.az xəbər verir ki, o, övladının ad günü münasibətilə sosial şəbəkə hesabında ona ürək sözlərini ünvanlayıb.
Xanımı Pınarın da yer aldığı bir şəkli paylaşan Tarkan “Canımdan ötə iki canım. Yaxşı ki, həyatımıza günəş kimi doğdun, canım qızım. Səni çox sevirik” – deyə, bildirib.
Qeyd edək ki, Tarkan 2016-cı ildə Pınar Dileklə ailə qurub. Cütlüyün Liya adlı bir qızı var. Onlar qızlarını mediadan uzaq böyütməyə çalışırlar.
